04 noyabr tarixində Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecinin Kənd təsərrüfatı və iqtisadiyyat fənn birləşməsi komissiyası sədri Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə əlaqədar açıq dərs kemişdir
04 noyabr 2024-cü il tarixində Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecinin Kənd təsərrüfatı və iqtisadiyyat fənn birləşməsi komissiyası sədri tələbələrə Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə əlaqədar açıq dərs keçmişdir. Bu tədbir, muxtar respublikanın tarixi və mədəni irsinin dərinləşdirilməsi, gənc nəsildə vətənpərvərlik ruhunun aşılanması məqsədini güdür.
Açıq dərsi giriş sözü ilə kollecin direktoru Asəf Ruşanov çıxışında Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin əhəmiyyətini vurğuladı. Direktor qeyd etdi ki, bu yubiley yalnız tarixi bir dövrün tamamlanması deyil, həm də Naxçıvanın iqtisadi, sosial və mədəni inkişafında yeni perspektivlərin açılması deməkdir.
Asəf Ruşanov, Naxçıvanın müstəqillik dönəmində əldə etdiyi nailiyyətləri xatırladaraq, regionun kənd təsərrüfatında, iqtisadiyyatında və elm sahəsindəki irəliləyişlərin gənc nəsil üçün önəmli bir ilham mənbəyi olduğunu bildirdi. O, tələbələrə bu yubileyin əhəmiyyətini anlamağın və Naxçıvanın gələcəyini qurmağı hədəfləməyin vacibliyini vurğuladı.
Tədbirdə həmçinin, kənd təsərrüfatı və iqtisadiyyat fənnləri üzrə mühazirələr, müzakirələr və tələbələrin aktiv iştirakı ilə təcrübə mübadiləsi baş tutmuşdur. Bu açıq dərs, gənc nəsil üçün Naxçıvanın tarixi, mədəni irsi və müasir dövrdəki inkişaf istiqamətləri haqqında geniş bilgi əldə etməyə imkan yaratdı.
Son olaraq, direktor Asəf Ruşanov, iştirak edən tələbələrə və müəllimlərə təşəkkür edərək, Naxçıvanın inkişafı üçün birgə səy göstərmənin əhəmiyyətini vurğuladı.