Naxçıvan Dövlət Universiteti (NDU) fakültələri və nəzdində fəaliyyət göstərən kolleclər arasında keçirilən mini futbol yarışında Naxçıvan Dövlət Texniki Kolleci komandası uğurla iştirak edərək 12komanda arasında II yerə layiq görülüb.
Naxçıvan Dövlət Universiteti (NDU) fakültələri və nəzdində fəaliyyət göstərən kolleclər arasında 30-31 oktyabr tarixlərində keçirilən mini futbol yarışında Naxçıvan Dövlət Texniki Kolleci komandası uğurla iştirak edərək 12 komanda arasında II yerə layiq görülüb.
Yarış boyunca Naxçıvan Dövlət Texniki Kollecinin futbolçuları böyük səylə mübarizə aparıblar və komandaları aşağıdakı nəticələrlə qələbələr qazanıb:
Naxçıvan Dövlət Texniki Kolleci 4:2 Musiqi Kolleci
Naxçıvan Dövlət Texniki Kolleci 3:0 Memarlıq Kolleci
Naxçıvan Dövlət Texniki Kolleci 1:0 Təbiətşünaslıq Fakültəsi
Bu qələbələr sayəsində finala vəsiqə qazanan Naxçıvan Dövlət Texniki Kollecinin komandası, son qarşılaşmada Pedaqoji Fakültə ilə çətin bir oyunda mübarizə aparıb və ikinci yerə layiq görülüb.
4 noyabr tarixində Naxçıvan Dövlət Texniki Kollecin direktoru Asəf Ruşanov komandanı kollec kollektivi qarşısında təltif edərək, onlara gələcək yarışlarda uğurlar arzulayıb.