Xəbərlər

2024-cü il noyabrın 1-də Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecinin Təbiət və texniki fənlər birləşməsi komissiyasının müəllimi tələbələr ilə Bəhruz Kəngərlinin ev muzeyində ekskursiyada olmuşlar.

Slide 1
Slide 2

Ekskursiya zamanı muzeyin bələdçisi tələbələrə görkəmli rəssam Bəhruz Kəngərlinin həyat və yaradıcılığı haqqında geniş məlumat verib. O, Kəngərlinin Azərbaycan təsviri incəsənətində yaratdığı əsərlərin əhəmiyyətindən, xüsusilə də milli vətənpərvərlik ruhunu əks etdirən əsərlərindən danışıb.

Tələbələr rəssamın şəxsi əşyalarını, sənət əsərlərini və yaratdığı unikal portretləri yaxından izləyib, onun yaradıcılığının Naxçıvanın mədəni irsindəki rolunu daha yaxşı anlamaq imkanı əldə ediblər. Muzey bələdçisi Kəngərlinin əsərlərindəki incə detallardan və onun əsərlərinin Azərbaycan mədəniyyətinə olan təsirindən də bəhs edib.

Ekskursiya tələbələrin mədəni biliklərinin genişlənməsinə və Azərbaycan incəsənətinin görkəmli nümayəndələri haqqında məlumatlarının artırılmasına töhfə verib.