20.09.2024-cü il tarixdə Naxçıvan Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Naxçıvan Dövlət Texniki Kollecində Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən Dövlət Suverenliyi Günü ilə əlaqədar Kollecdə açıq dərslər keçirilmişdir
20 Sentyabr 2024-cü il tarixdə Naxçıvan Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Naxçıvan Dövlət Texniki Kollecində, Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən Dövlət Suverenliyi Günü ilə əlaqədar Kollecin Xarici Dillər fənn birləşməsi komissiyasının sədri İsmayılova Sona, Kollecin tarix müəllimi Niftəliyeva Gülnar və Kollecin İnformatika müəllimi Nağıyeva Şəkər tərəfindən açıq dərslər keçirilmişdir
20 Sentyabr 2024-cü il tarixdə Naxçıvan Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Naxçıvan Dövlət Texniki Kollecində, Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən Dövlət Suverenliyi Günü ilə əlaqədar Kollecin Xarici Dillər fənn birləşməsi komissiyasının sədri İsmayılova Sona, Kollecin tarix müəllimi Niftəliyeva Gülnar və Kollecin İnformatika müəllimi Nağıyeva Şəkər tərəfindən açıq dərslər keçirilmişdir.Açıq dərslərdə iştirak edən Kollecin direktoru Asəf Ruşanov çıxışında əvvəlcə Azərbaycanın dövlət suverenliyinin tarixi əhəmiyyətindən danışaraq, 1991-ci ildə ölkənin müstəqilliyini bərpa etməsinin xalqımızın iradəsi və mübarizəsinin nəticəsi olduğunu qeyd etmişdir. O, Azərbaycanın uzun illər boyu xarici güclərin təsiri altında qalmasına baxmayaraq, xalqın hər zaman öz azadlığı uğrunda mübarizə aparmağı bacardığını vurğulamışdır. Dövlət Suverenliyi Günü məhz bu mübarizənin simvolu olaraq qəbul edilir.
Çıxışının davamında Asəf Ruşanov Azərbaycanın dövlət müstəqilliyinin əldə edilməsindən sonra keçdiyi yol və əldə etdiyi nailiyyətlər haqqında məlumat vermişdir. O, müstəqillik illərində ölkəmizin siyasi, iqtisadi və mədəni sahələrdə mühüm inkişaflara imza atdığını, dövlətin beynəlxalq arenada nüfuzunun artdığını qeyd etmişdir. Azərbaycanın müstəqilliyinin qorunub saxlanılması üçün milli birliyin və həmrəyliyin vacibliyini vurğulayan direktor, gənc nəsilin bu dəyərləri qorumaqda böyük məsuliyyət daşıdığını bildirmişdir.
Asəf Ruşanov gənc nəsilə müraciət edərək, onların Azərbaycanın gələcəyi üçün böyük əhəmiyyət daşıdıqlarını və ölkəmizin suverenliyini daha da möhkəmləndirmək üçün öz üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirmələrinin vacibliyini qeyd etmişdir. O, bu kimi açıq dərslərin gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasına və milli dəyərlərə bağlılıq hissinin gücləndirilməsinə yönəldiyini vurğulamışdır.
Sonda Asəf Ruşanov, Prezidentin Dövlət Suverenliyi Günü ilə bağlı sərəncamına uyğun olaraq keçirilən tədbirin əhəmiyyətini bir daha xatırlatmış və kollektivə bu təşəbbüs üçün təşəkkür etmişdir.