Xəbərlər

01 noyabr 2024-cü il tarixdə Humanitar fənn birləşməsi komissiyasının müəlliminin Heydər Əliyev Muzeyində Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi münasibətilə açıq dərsi olmuşdur

Slide 1
Slide 2
Slide 3

01 noyabr 2024-cü il tarixdə Humanitar fənn birləşməsi komissiyasının müəlliminin Heydər Əliyev Muzeyində Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi münasibətilə açıq dərsi olmuşdur

01 noyabr 2024-cü il tarixdə Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecində Humanitar fənn birləşməsi komissiyasının müəlliminin Heydər Əliyev Muzeyində Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi münasibətilə açıq dərsi olmuşdur.
Sonra muzey bələdçisi ümummilli lider Heydər Əliyevin Azərbaycan tarixində oynadığı roldan, onun dövlət quruculuğu, ölkənin inkişafı və milli birliyin təmin edilməsi istiqamətində gördüyü işlərdən geniş bəhs edib. Bələdçi, Heydər Əliyevin Azərbaycan xalqının rifahı naminə apardığı mübarizənin və onun milli ideyaları ətrafında xalqı bir araya gətirən liderliyinin əhəmiyyətini vurğulayıb.

Ekskursiyada tələbələrə Heydər Əliyevin zəngin siyasi irsi, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi üçün həyata keçirdiyi islahatlar və beynəlxalq aləmdə ölkəmizin mövqeyinin gücləndirilməsi yönündə gördüyü işlər haqqında ətraflı məlumat verilib. Bələdçi həmçinin, Heydər Əliyevin Azərbaycan gəncliyinin təhsilinə, inkişafına və milli-mənəvi dəyərlərinə verdiyi önəmi qeyd edərək, onun qoyduğu mirasın bu gün də yaşadığını bildirib.