Xəbərlər

01 noyabr 2024-cü il tarixdə Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecində Humanitar fənn birləşməsi komissiyasının Tarix müəllimləri tərəfindən "Zəfər Sənindir Azərbaycan" mövzusunda konfrans keçirilib.

Slide 1
Slide 2
Slide 3
Slide 4

01 noyabr 2024-cü il tarixdə Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecində Humanitar fənn birləşməsi komissiyasının Tarix müəllimləri tərəfindən "Zəfər Sənindir Azərbaycan" mövzusunda konfrans keçirilib.

01 noyabr 2024-cü il tarixdə Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecində Humanitar fənn birləşməsi komissiyasının Tarix müəllimləri tərəfindən "Zəfər Sənindir Azərbaycan" mövzusunda konfrans keçirilib. Konfransı giriş sözü ilə açan kollecin direktoru Asəf Ruşanov çıxışında Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi qələbənin əhəmiyyətindən bəhs edib. O, bu zəfərin xalqımızın milli birliyi, gücü və iradəsi sayəsində əldə edildiyini vurğulayaraq, qələbədə xalqın Ali Baş Komandan, Prezident İlham Əliyevin ətrafında birləşməsinin mühüm rol oynadığını qeyd edib.

Asəf Ruşanov çıxışında Ali Baş Komandanın qətiyyətli liderliyi və diplomatik səyləri ilə Azərbaycanın ərazi bütövlüyünün bərpa edildiyini, şəhid və qazilərimizin göstərdiyi qəhrəmanlığın gələcək nəsillər üçün örnək olduğunu vurğulayıb. O, Prezident İlham Əliyevin ölkənin müdafiə potensialını artırmaq üçün həyata keçirdiyi siyasətin müharibə zamanı öz bəhrəsini verdiyini, ordunun hərbi hazırlığının zəfərə yol açdığını qeyd edib.

Çıxışının davamında Asəf Ruşanov gənclərin milli ruhda yetişdirilməsinin əhəmiyyətini xüsusi vurğulayıb. Belə tədbirlərin vətənpərvərlik hisslərini gücləndirdiyini bildirərək, hər kəsi Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün daim qorunması naminə bir olmağa çağırıb. Daha sonra tarix müəllimlərinin çıxışları dinlənilib. Tədbirin sonunda kollec tələbələrinin hazırladığı rəqs və şeirlər nümayiş etdirilib və tədbir videoçarxın izlənilməsi ilə yekunlaşıb.