Xəbərlər

31.10. 2024-cü il tarixində Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecində Texniki ixtisaslar fənn birləşməsi komissiyasının müəllimləri tərəfindən Naxçıvanın 100 illik yubileyi münasibət ilə slayd təqdimatı təşkil olunub

Slide 1

31.10. 2024-cü il tarixində Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecində Texniki ixtisaslar fənn birləşməsi komissiyasının müəllimləri tərəfindən Naxçıvanın 100 illik yubileyi münasibət ilə slayd təqdimatı təşkil olunub

31 oktyabr 2024-cü il tarixində Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecində Texniki ixtisaslar fənn birləşməsi komissiyasının müəllimləri tərəfindən Naxçıvanın 100 illik yubileyi münasibətilə “Naxçıvanın Dahi Şəxsiyyətləri” mövzusunda slayd təqdimatı təşkil olunub. Təqdimatda Naxçıvanın tarixində və inkişafında mühüm rol oynamış şəxsiyyətlərin həyatı və fəaliyyətləri işıqlandırılıb. Bu tədbir, tələbələrin vətənpərvərlik duyğularını gücləndirmək və Naxçıvanın tarixi dəyərlərini onlara çatdırmaq məqsədi daşıyıb.

Tədbiri açılış nitqi ilə kollecin direktoru Asəf Ruşanov açıb. O, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Azərbaycan və Naxçıvan tarixində oynadığı əvəzsiz roldan geniş şəkildə bəhs edib. Asəf Ruşanov Heydər Əliyevin çətin dövrlərdə xalqını birləşdirərək müstəqilliyini qorumasını, dövlətçiliyini gücləndirməsini və müxtəlif sahələrdə - iqtisadiyyat, mədəniyyət, təhsil və sosial inkişafda qazandığı nailiyyətləri vurğulayıb.

Direktor qeyd edib ki, Heydər Əliyevin Naxçıvana olan xüsusi sevgisi və diqqəti bu bölgənin inkişafında mühüm rol oynayıb. Sovet dövründə Naxçıvan Muxtar Respublikasının muxtariyyət statusunun qorunub saxlanılmasında və burada bir çox sosial obyektlərin, mədəniyyət və təhsil müəssisələrinin tikilməsində Heydər Əliyevin əvəzsiz töhfəsi olub. Onun təşəbbüsü ilə həyata keçirilən layihələr Naxçıvanın sosial və iqtisadi inkişafına güclü təkan verib. Asəf Ruşanov, həmçinin, Heydər Əliyevin siyasi varisi İlham Əliyevin də bu inkişaf yolunu uğurla davam etdirdiyini vurğulayıb.

Asəf Ruşanov Heydər Əliyevin 1990-cı illərin əvvəllərində Azərbaycana rəhbərliyə qayıdışını və ölkədə sabitliyin bərqərar olunmasını, müstəqilliyin möhkəmləndirilməsini, iqtisadi və sosial sahələrdə islahatların aparılmasını Azərbaycan xalqının rifahı üçün dönüş nöqtəsi kimi dəyərləndirib. Sonda Asəf Ruşanov tələbələrə Heydər Əliyevin dövlətçilik və xalq sevgisi ilə dolu ideallarını nümunə göstərərək, onun həyat və fəaliyyətinin gələcək nəsillərə ötürülməsinin vacibliyini vurğulayıb.