Xəbərlər

31 oktyabr 2024-cü il tarixdə Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecinin Xarici dillər fənn birləşməsi komissiyasının müəllimi tələbələr ilə birgə Cəmşid Naxçıvanski muzeyində ekskursiyada olmuşlar.

Slide 1
Slide 2

31 oktyabr 2024-cü il tarixdə Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecinin Xarici dillər fənn birləşməsi komissiyasının müəllimi tələbələr ilə birgə Cəmşid Naxçıvanski muzeyində ekskursiyada olmuşlar.

31 oktyabr 2024-cü il tarixdə Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecinin Xarici dillər fənn birləşməsi komissiyasının müəllimi tələbələr ilə birgə Cəmşid Naxçıvanski muzeyində ekskursiyada olmuşlar.Bu ekskursiya tələbələrə Azərbaycanın görkəmli hərb xadimlərindən biri olan Cəmşid Naxçıvanskinin həyat və fəaliyyəti haqqında daha dərindən məlumat əldə etmək, onun ölkə tarixindəki rolunu öyrənmək imkanı verib.

Ekskursiya zamanı muzeyin bələdçisi tələbələrə Cəmşid Naxçıvanskinin keçdiyi şərəfli yol, onun vətənpərvərliyi və hərbi xidmətləri barədə geniş məlumat verib. Muzeyin ekspozisiyaları arasında Naxçıvanskinin şəxsi əşyaları, fotoları və onun haqqında tarixi sənədlər nümayiş etdirilib. Bələdçi həmçinin, onun döyüş yolundan, əsgərlik illərindən və Azərbaycanın hərbi qüvvələrinin inkişafında oynadığı roldan bəhs edib.

Tələbələr, həmçinin Cəmşid Naxçıvanskinin ölkəmizin hərbi tarixində qoyduğu dərin izləri və onun irsinin gələcək nəsillərə ötürülməsinin əhəmiyyətini dərk ediblər. Belə ekskursiyalar, tələbələrin milli qəhrəmanlarımız haqqında məlumatlarını artırmaq və onlarda vətənpərvərlik hisslərini gücləndirmək baxımından xüsusi əhəmiyyət kəsb edir.

Ekskursiya tələbələr tərəfindən maraqla qarşılanıb və onlar Naxçıvanskinin həyat və fəaliyyətinə dair suallar ünvanlayaraq, əlavə məlumatlar əldə etməyə çalışıblar. Bu tədris səfəri, tələbələr üçün təkcə tarix dərsi olmaqla yanaşı, həm də milli dəyərlərin təbliği baxımından vacib bir tədbir kimi yadda qalıb.