Yaşıl Dünya Naminə Həmrəylik İli" çərçivəsində qızlar arasında badminton üzrə Muxtar Respublika birinciliyində Naxçıvan Dövlət Texniki Kollecinin tələbəsi Babazadə Aytac III yer tutduğu üçün Kollecin direktoru Asəf Ruşanov tərəfindən təltif edilib.
31 oktyabr 2024-cü il tarixində Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecində "Yaşıl Dünya Naminə Həmrəylik İli" çərçivəsində qızlar arasında badminton üzrə Muxtar Respublika birinciliyində Naxçıvan Dövlət Texniki Kollecinin tələbəsi Babazadə Aytac III yer tutduğu üçün Kollecin direktoru Asəf Ruşanov tərəfindən təltif edilib. Təltif mərasimində direktor Asəf Ruşanov Babazadə Aytacı təbrik edərək onun qazandığı nailiyyətin təkcə şəxsi uğur deyil, həm də kollecin nüfuzunu artıran bir nəticə olduğunu vurğulayıb.
O, belə yarışların tələbələr arasında idmana olan marağı artırdığını, həmrəylik və sağlam rəqabət ruhunu gücləndirdiyini qeyd edib. Direktor tələbələrin fiziki və mənəvi inkişafının önəmini vurğulayaraq, kollecdə bu istiqamətdə həyata keçirilən işlərin davam etdiriləcəyini və tələbələrə hər zaman dəstək göstəriləcəyini bildirib. Aytacın bu uğurunun gələcək yarışlarda digər tələbələr üçün də motivasiya mənbəyi olacağını və onların daha yüksək zirvələrə çatmalarına yol açacağını ümid etdiyini ifadə edib.