20 Sentyabr 2024-cü il tarixdə Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecində Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə "Azərbaycan Suverendir" mövzusunda tədbir keçirilmişdir.

Tədbir, Ulu Önder Heydər Əliyevin və Azərbaycanın suverenliyi uğrunda canlarından keçən şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlamışdır. Daha sonra Dövlət himni səsləndirilib.
Tədbiri giriş sözü ilə açan Kollecin direktoru Asəf Ruşanov "Azərbaycan Suverendir" mövzusunun əhəmiyyətini vurğuladı. O, çıxışında Azərbaycanın suverenliyi uğrunda mübarizədə şəhidlərin rolunu, onların göstərdikləri qəhrəmanlığı və vətənə olan sevgini xatırlatdı.
Direktor vurğulayıb: Azərbaycan Respublikası Konstitusiyasına əsasən Azərbaycan Respublikası hüquqi,unitar,dünyəvi, demokratik respublikadır. Artıq biz bu respublikaya suveren respublikada deye bilərik. Möhtərəm prezidentimiz Silahlı qüvvələrin ali baş komandanı Cenab İlham Əliyev tərəfindən 20 sentyabr Dövlət Suverenliyi günü kimi qeyd olundu.Bu gün biz xoşbəxtik ki suveren dövlətimizdə bu bayramı qeyd edirik. Suverenliyin qorunmasının hər bir gəncin vəzifəsi olduğunu qeyd edərək, gənclərin müstəqil düşüncəyə və vətənpərvərlik ruhuna sahib olmalarının vacibliyini bildirdi. O, eyni zamanda, gənc nəsilin ölkənin gələcəyini formalaşdıracaq mütəxəssislər olduğunu və onların bu məsuliyyəti dərk etmələrinin zəruriliyini vurğuladı.
Sonra Kollecin Hərbi rəhbəri Araz Məmmədov çıxış edərək, gənclərin bu dəyərləri necə qorumalı olduqlarını qeyd etmişdir.
Tədbirin sonunda, iştirakçılar üçün hazırlanmış videolar izlənilmişdir.Video çarxda Azərbaycanın onun şanlı tarixinin və ərazi bütövlüyünün bərpasını tesvir edən kadrlar olub.Bu cür tədbirlər, tələbələrin və gənc nəsilin vətənpərvərlik ruhunun artırılmasına, həmçinin milli dəyərlərin daha yaxşı başa düşülməsinə kömək edir.
Dövlət suverenliyine aid tədbirin hazırlanmasında göstərdiyi diqqətinə Kollecin müdiri Asef Ruşanova teşekkür edir , tədbirdə iştirak edən tələbələr ve müəllimlərə öz dərin minnətdarlığımızı bildiririk.