Kitabxana

Kitabxana haqqında ümumi məlumat

Azərbaycan öz müstəqilliyini əldə etdikdən sonra cəmiyyətin bütün sahələrində olduğu kimi, kitabxana işi sahəsində də əsaslı dəyişikliklər dövrü başlanmışdır. Respublikamızın kitabxana ictimaiyyəti tərəfindən olduqca müsbət qiymətləndirilən bu dəyişikliklər həm kitabxana işi təcrübəsində, həm də onun elmi-nəzəri bazasını təşkil edən kitabxanaşünaslıq elmləri silsiləsində özünü büruzə verir. Cəmiyyətdə mühüm sosial funksiyaları yerinə yetirən kitabxanalar, insan amilinin formalaşmasında, elmi texniki tərəqqinin sürətləndirilməsində, ölkəmizin iqtisadi, sosial və mədəni inkişafında yaxından iştirak edir, milli dövlətçilik ideyalarının geniş xalq kütlələri arasında yayılmasında taşkilatçılıq işi aparır. Ölkəmizdə fəaliyyət göstərən bütün kitabxanalar “Kitabxana işi haqqında Azərbaycan Respublikasının Qanunu”na uyğun olaraq elm, informasiya, mədəniyyət, təhsil və tərbiyə müəssisəsi kimi çap əsərlərini və digər informasiya daşıyıcılarını toplayıb mühafizə edən, onların sistemli ictimai istifadəsini təşkil edən, cəmiyyətin intellektual va mənəvi potensialının inkişafına xidmət göstərən sosial institut kimi mühüm işlər görürlər. Respublikamızda aparılan bu tədbirlərin həyata keçirilməsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin kitabxana işinə dair imzaladığı bir sıra sərəncamlar buna əyani sübutdur.

2007-ci il aprelin 20-də “Azərbaycanda kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması haqqında” Sərəncamda göstərilir ki, “Azərbaycan kitabxanaları Azərbaycan xalqının milli sərvətidir. Xalqımızın yaratdığı qiymətli tarixi-mədəni ədəbi-bədii və elmi-fəlsəfi irsin toplanıb saxlanılmasında, bəşər mədəniyyətinin qazandığı nailiyyətlərin nəsildən-nəslə çatdırılmasında və cəmiyyətimizin intellektual mənəvi potensialının artırılmasında kitabxanalarımız əvəzsiz rol oynayır.

Kitabxanalar iki cür olur:

  1. Kütləvi kitabxanalar – hər kəsin istifadə edə bildiyi;
  2. Xüsusi kitabxanalar – elmi, tədris və ya müəyyən ixtisaslı mütəxəssislər üçün nəzərdə tutulmuş.

Sunt voluptatum sapiente facilis quo odio aut ipsum repellat debitis. Molestiae et autem libero. Explicabo et quod necessitatibus similique quis dolor eum. Numquam eaque praesentium rem et qui nesciunt.

Təhsil prosesinin iştirakçısı kimi mütaliə pedaqogikasının və onun daşıyıcısı olan kitabxanaların kəsb etdiyi əhəmiyyət öz əksini mühüm dövlət sənədlərində də tapmışdır.

Kitabxanalar tarixən, eləcə də bu gün kütləvi mütaliənin təşkilatçısı olaraq qalır.Çünki kitabxanalar:

  • Əhalinin mütaliəsinitəşkil etmək üçün sistemli qaydada seçilmiş, oxucuları maraqlandıran problemləri öyrənmək əsasında yaradılmış kitab fondlarına malikdirlər.
  • Kitabxanalar mütaliənin təşkilatçısı kimi ölkə ərazisində planlı qaydada yerləşdirilmiş, əhaliyə daha çox yaxınlaşdırılmış, həmçinin müxtəlif oxucu qruplarını müntəzəm mütaliəyə cəlb etmək üçün böyük imkanlara malikdirlər.
  • Burada hər bir oxucunun mütaliəsi üçün lazım olan kitabların məqsədyönlü şəkildə seçilməsinə kömək göstərmək, oxuculara kitabxananın məlumat aparatından istifadə etmək vərdişi aşılamaq imkanına malik mütəxəssis işçilər üçün səmərəli fəaliyyət göstərir. Bütün bunlar əhalinin intellektual tələbatının ödənilməsi üçün mütaliənin sosial zərurətə çevrilməsini şərtləndirən amillərdir.

Naxçıvan Dövlət Texniki Kollecinin kitabxanası 6579 ədəd kitab fonduna malikdir ki, burada ümummilli lider Heydər Əliyevin adına guşə, Azərbaycan Respublikasıının Prezidenti cənab İlham Əliyevin adına guşə, “Oxunması zəruri olan kitablar” guşəsi və “Naxçıvan guşəsi” olmaqla 4 guşə, “Dərsliklər”, “Bədii ədəbiyyatlar”, “Ensiklopediyalar”, “Lüğətlər”, “Tarix” və “Dilçilik” adında 6 bölmə yaradılmışdır.

Kollecin kitabxanası müəllimlərə və tələbələrə sərbəst xidmət göstərir. Rəhbərlik, müəllim kollektivi və kollecin kitabxanasının məqsədi ixtisaslar üzrə yüksəkixtisaslı, bacarıqlı və geniş dünyagörüşünə malik orta ixtisaslı kadrlar hazırlamaqdır. Bunun üçün kollecin kitabxanasında müəllim və tələbələrin istifadəsi üçün hər cür şərait yaradılmışdır. Oxu zalından müəllim və tələbələr səmərəli istifadə edərək kitabxanada olan kitab fondundan bəhrələnmək imkanına malikdirlər.

Tələbələrin elmi biliklərinin, dünyagörüşlərinin artırılması üçün rəhbərlik, metodist və kitabxana müdiri tərəfindən kitabxananın tədbirlər planına uyğun olaraq müntəzəm olaraq tədbirlər keçirilir. Kitabxanada “Ümummilli lider Heydər Əliyevin siyasi kursu”, “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev”, “Naxçıvan Şərqin qapısı” adlı daimi sərgilər təşkil olunur. Bundan əlavə, vaxtaşırı elmi-konfranslar, seminarlar və görüşlər həyata keçirilir.

“OXUNMASI ZƏRURİ OLAN KİTABLAR”IN SİYAHISI

S/N Kitabın adı
1 Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Yeni 2001-ci il, Yeni əsr və Üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciəti
2 “Kitabi-Dədə Qorqud” dastanı
3 “Atalar sözü” (Azərbaycan xalq ədəbiyyatı)
4 Nizami Gəncəvi. “Sirlər xəzinəsi”. Poema
5 “Nizaminin hikmət və nəsihətləri”
6 Nəsirəddin Tusi. “Əxlaqi-Nasiri”
7 Məhəmməd Tağı Sidqi. “Məktəb hekayələri”
8 Hüseyn Cavid. “Azər”. Poema
9 Cəlil Məmmədquluzadə. “Hekayələr”
10 Məmməd Səid Ordubadi. “Qılınc və qələm”. Roman
11 Qurban Səid. “Əli və Nino”. Roman
12 Məmmədhüseyn Şəhriyar. “Heydərbabaya salam”. Poema
13 “Təmsillər” (uşaq ədəbiyyatı)
14 ABŞ-ın 16-cı prezidenti Avraam Linkolnun oğlunun müəlliminə məktubu
15 Faruk Sümer. “Oğuzlar”
16 Rəşidəddin Fəzlullah. “Oğuznamə”
17 Yusif Balasaqunlu. “Qutatqu bilik”
18 Teodor Drayzer. “Dahi”. Roman
19 Cek London. “Həyat eşqi”. Hekayə
20 Ernest Heminquey. “Qoca və dəniz”. Povest
21 Nikolo Makiavelli. “Hökmdar”
22 Gi de Mopassan. “Gombul”
23 Antuan de Sent-Ekzüperi. “Balaca şahzadə”
24 Nikolay Ostrovski. “Polad necə bərkidi”. Bioqrafik roman
25 Moris Meterlink. “Arıların həyatı” və “Göy Quş” əsərləri
26 “Mister Hemferin xatirələri”. (İngilis casusunun etirafları)
27 Seyid Əzim Şirvani. “Seçilmiş əsərləri”. (Təmsillər)
28 “İslamda müdrik kəlamlar”
29 Sədi Şirazi. “Gülüstan”
30 Eynəli bəy Sultanov. “Məqalələr”
31 Elçin Əfəndiyev. “Baş”. Roman
32 Aleksandr Sergeyeviç Qriboyedov. “Şair-diplomat”
33 “Pedaqoji fikir tarixindən”